İtaliya və Fransada güclü qasırğa baş verdi


İtaliya və Fransada qasırğalı güclü küləklər və tufanlar yeddi nəfərin həyatına son qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” bildirib .
Fransa meteorologiya xidmətinin məlumatına görə, Korsika adasında küləyin sürəti saatda 220 km-ə çatıb, 45 minə yaxın ev təsərrüfatları elektrik enerjisindən məhrum olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Korsikada beş nəfər ölüb, onlarla insan yaralanıb, 12 nəfər xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.
İtaliyanın Toskana şəhərində qasırğa nəticəsində yıxılan ağaclar nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
İtaliyanın şimalında güclü küləyin elektrik xəttini zədələməsi səbəbindən dəmir yolu xətti bağlanıb.
Qeyd edək ki, son günlər Qərbi Avropanı fırtınalar bürüyüb ancaq, Mərkəzi və Şərqi Avropada rekord istilik və quraqlıq var.

 

DİGƏR XƏBƏRLƏR

Top