Rusiyada silah-sursat anbarı yandı


Rusiyanın Belqorod vilayətində silah-sursat anbarı yanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
"Valuyski şəhər rayonunun Timonovo kəndi yaxınlığında döyüş sursatı olan anbar yanıb. Son məlumatlara görə, tələfat yoxdur, xəsarət alan yoxdur. Rayon rəhbəri Timonovo və Soloti kəndlərinin sakinlərini təcili tibbi yardım mərkəzinə aparır. Hadisə yerində operativ xidmətlər işləyir, yanğının səbəbi müəyyənləşdirilir”, - deyə region rəhbəri cümə axşamı öz “Telegram” kanalında yazıb.

DİGƏR XƏBƏRLƏR

Top