
Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş dağılan infrastrukturun bərpasına dair memorandum imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Türkiyəli tərəfdaşlara Rusiya tərəfindən dağıdılmış infrastrukturun bərpası ilə bağlı əməkdaşlıq etmək niyyətlərinə görə minnətdarıq. Buna Türkiyə biznesinin yolların və körpülərin tikintisində iştirakının böyük təcrübəsi kömək edir, xüsusən də bu, bizim meqalayihələrimizə - Zaporojye və Kremençuq körpülərinə aiddir. Biz türk biznesini etibarlı tərəfdaş kimi tanıyırıq, ona görə də tezliklə birgə bərpanın konkret praktiki nəticələrinə nail olacağımızı gözləyirik”, - deyə infrastruktur naziri Aleksandr Kubrakov bildirib.