Ərdoğan, Zelenski və Quterreş arasındakı görüş başa çatdı - Video + Yenilənib


Avqustun 18-də Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş keçirilib.

Yeniavaz.com xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib.
Liderlər Ukraynada müharibənin diplomatik yollarla həll olunması, “taxıl dəhlizi”nin fəaliyyəti və digər məsələləri barədə müzakirələr aparıblar.

***18:30
Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başlayıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.


***17:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezidentlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.

***16:26
Tarixi görüş üçün Ukraynanın Lvov şəhərinə gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pototski sarayında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 15:40-da başlayıb.
Buradakı təkbətək görüşdən sonra iki lider və BMT-nin baş katibi Antonio Quterreş görüşəcək.
Görüşdən sonra Ərdoğan, Zelenski və Quterreş birgə mətbuat konfransı keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top