Ermənistan Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açır


Ermənistan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihəyə əsasən Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açacaq.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, qanunvericilik aktlarının dərci üçün vahid internet portalında hökumətin qərar layihəsi yerləşdirilib.
Təklif olunan dəyişikliklərə əsasən, avtomobillər üçün sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.
O cümlədən, Ermənistan-Azərbaycan dövlət sərhədində buraxılış məntəqələrinin açılması təklif edilir.
Layihənin əsaslandırılmasında qeyd edilib ki, layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.
Xatırladaq ki, avqustun 4-də Paşinyan Ermənistanın bu gün də Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında rabitəni təmin etməyə hazır olduğunu bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top