6 uşaqlı ailənin kəsilən sosial yardımı bərpa edildi


Xəbər verdiyimiz kimi, Mingəçevir şəhəri, Şəfa bağ massivi, M. Rəhimov küçəsi ev 32 ünvanında yaşayan Osmanova Gözəl Osman qızı ona verilən ünvanlı sosial yardımın kəsilməsindən şikayətçi idi.
Yeniavaz.com
xəbər verir ki, artıq ailənin sosial yardımı bərpa edilib.
Onlara 694,84 AZN ünvanlı dövlət sosial yardımı təyin edilib.
Qeyd edək ki, 6 övladı olan G.Osmanovanın şikayəti ilə əlaqədar 29 iyulda Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdik.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top