Türkiyəli rektor 700 bal yığan Nigara zəng vurdu - Video


Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanında 700 bal toplayan və təhsilini Türkiyənin Ankara Universitetində davam etdirməyə qərar verən Nigar Ağazadəyə sözügedən universitetin rektoru zəng vurub.
Yeniavaz.com
xəbər verir ki, “Anadolu” agentliyi həmin anların kadrlarını yayıb.
Nigar Ağazadə universitetə qəbula görə çox xoşbəxt olduğunu, yeni tədris ilinin başlanmasını həyəcanla gözləyədiyini deyib.
Ankara Universitetinin rektoru Necdet Ünüvar isə Nigar Ağazadəyə hər cür dəstəyi verəcəklərini bildirib.
Rektor N. Ağazadənin anasına da müraciət edib və “qızınıza qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın”, - deyib.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top