Batma təhlükəsi ilə üzləşən daha 9 nəfər xilas edildi


Bu gün çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində, “Buzovna” və “Görədil” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas edilib.

DİGƏR XƏBƏRLƏR

Top