İsveçrə Ukraynanın sabiq Prezidentinə sanksiya tətbiq etdi


İsveçrə Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç və oğlu Aleksandr Yanukoviçi sanksiya siyahısına daxil edib. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin dərc etdiyi məlumatda bildirilib. Qeyd olunub ki, eks-prezident və oğlu Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə, habelə bu dövlətin sabitliyinə və təhlükəsizliyinə təhlükə törədən hərəkət və ya siyasəti dəstəkləməkdə məsuliyyət daşıyırlar. Sanksiyalar İsveçrəyə girişin qadağan edilməsini, həmçinin, əgər varsa, ölkədəki aktivlərin bloklanmasını əhatə edir.
Xatırladaq ki, Yanukoviç və oğluna qarşı oxşar tədbirləri Avropa İttifaqı avqustun 4-də tətbiq edib.

 

DİGƏR XƏBƏRLƏR

Top