Bu gün general-leytenant rütbəsi alanlar kimlərdir? - Fotolar


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) üç general-mayoruna general-leytenant ali hərbi rütbəsi verib.

Yeniavaz.com xəbər verir ki, general-leytenant rütbəsi alan Müzəffər Pirizadə DSX Sahil Mühafizəsinin rəisidir. O, daha əvvəl Qazax əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsini tutub.

General-leytenant rütbəsinə yüksələn digər hərbçi Rəsul Tağıyev isə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, Vətən müharibəsinin komandanlarından biri olub. "Vətənə xidmətə görə" ordeninin tam kavaleri ilə təltif edilib.

Bu gün general-leytenant rütbəsi alan Elçin İbrahimov isə DSX-nin Aparat rəhbəridir.

DİGƏR XƏBƏRLƏR

Top