Rusiya Ermənistana nota verdi


Rusiyanın Ermənistandakı səfirliyi İrəvandakı “Surmalu” topdansatış bazarında baş vermiş partlayışda əli olması ilə bağlı Rusiya strukturlarına qarşı saxta ittihamlarla əlaqədar respublikanın Xarici İşlər Nazirliyinə nota göndərib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.
“Biz bu il avqustun 14-də “Surmalu” ticarət mərkəzinin ərazisində baş vermiş faciədə Rusiya strukturlarına qarşı küfr və saxta ittihamları özündə əks etdirən, yerli informasiya məkanında şişirdilmiş rüsvayçılıqdan qəzəbləndiyimizi bildiririk. Müvafiq nota səfirlik tərəfindən Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top