Azərbaycan bu ilin iyul ayında mobil internetin sürətinə görə ötən ayla müqayisədə 2 pillə geriləyib və 31,21 Mbps sürətlə 60-cı pillədə qərarlaşıb.
Yeniavaz.com bu barədə “Speedtest Global Index”in göstəricilərinə istinadən xəbər verir.
Göstəricilərə əsasən, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə ötən ayla müqayisədə 3 pillə gerilələyərək 20,89 Mbps sürətlə 121-ci yerdə qərarlaşıb.
Region ölkələrinin sabit genişzolaqlı internetin sürəti ilə bağlı 182 ölkə arasındakı mövqeyi və internetin orta sürəti belə olub:
23. Moldova - 103,42 Mbps
49. Rusiya - 70,22 Mbps
61. Ukrayna - 53,98 Mbps
78. Qırğızıstan - 44,27 Mbps
79. Belarus - 43,35 Mbps
86. Özbəkistan - 40,87 Mbps
90. Qazaxıstan - 39,19 Mbps
94. Ermənistan - 36,82 Mbps
106. Türkiyə - 27,52 Mbps
108. Tacikistan - 27,26 Mbps
121. Azərbaycan - 20,89 Mbps
126. Gürcüstan - 19,20 Mbps
146. İran - 10,21 Mbps
179. Türkmənistan - 2,13 Mbps
Region ölkələrinin mobil operatorlardakı internetin sürəti ilə bağlı 140 ölkə arasındakı mövqeyi və internetin orta sürəti isə belə olub:
58. Moldova - 32,25 Mbps
60. Azərbaycan - 31,21 Mbps
64. Gürcüstan - 30,24 Mbps
68. Türkiyə - 28,70 Mbps
70. İran - 27,74 Mbps
79. Ukrayna - 23,72 Mbps
83. Qazaxıstan - 22,60 Mbps
91. Rusiya - 21,03 Mbps
92. Qırğızıstan - 20,89 Mbps
97. Ermənistan - 28,77 Mbps
116. Özbəkistan - 13,96 Mbps
129. Belarus - 10,18 Mbps
135. Tacikistan - 8,06 Mbps
Türkmənistan - siyahıda yoxdur
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsi arasında ilk və sonuncu yerlər bu şəkildədir:
1. Çili - 212,98 Mbps
2. Sinqapur - 211,36 Mbps
3. Tayland - 189,14 Mbps
4. Çin - 176,93 Mbps
5. Honkonq - 176,59 Mbps
178. Suriya - 2,13 Mbps
179. Türkmənistan - 2,13 Mbps
180. Yəmən - 2,12 Mbps
181. Kuba - 1,89 Mbps
182. Əfqanıstan - 1,85 Mbps
Mobil operatorlardakı internetin sürəti ilə bağlı siyahıda dünyanın 140 ölkəsi arasında ilk və sonuncu yerlər bu şəkildədir:
1. Birləşmiş Ərəb Əmirlikləri - 120,35 Mbps
2. Qətər - 117,43 Mbps
3. Cənubi Koreya - 109,65 Mbps
4. Norveç - 106,91 Mbps
5. Küveyt - 106,67 Mbps
136. Yəmən - 7,88 Mbps
137. Qana - 7,70 Mbps
138. Venesuella - 5,44 Mbps
139. Əfqanıstan - 4,83 Mbps
140. Kuba - 4,15 Mbps
Əliş Abdulla