"Qarabağ" pley-offdakı ilk oyununa çıxır - Zədəlilər var


Bu gün “Qarabağ” klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa çıxacaq.
Yeniavaz.com
xəbər verir ki, Ağdam klubu Bakıda Çexiyanın “Viktoriya” (Plzen) klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
İki əsas mərkəz müdafiəçisi - komandanın kapitanı Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bu cütün qalibi birbaşa Çempionlar Liqasının, məğlubu isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

DİGƏR XƏBƏRLƏR

Top