Mask "Yunayted"i almır: "Bu, bir zarafat idi" - Foto + Yenilənib


İngiltərənin “Mançester Yunayted” futbol klubunu alacağını bildirən İlon Mask bunun bir zarafat olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb.
“Xeyr, bu tvitterdə uzun müddətdir davam edən zarafatdır. Mən heç bir idman komandasını almıram”, - Mask bildirib.

***08:54
“Space X” və "Tesla" şirkətlərinin təsisçisi və rəhbəri İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu alacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Mask bu barədə tvitterdə yazıb.
"Aydın olması üçün, mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, "Mançester Yunayted"i satın alıram, buyurun", - deyə o, ardıcıl yazdığı iki tvitdə bildirib.

Xatırladaq ki, İ. Mask daha əvvəl də “Twitter”i almaq istəmiş, lakin daha sonra bu fikrindən daşınmışdı.
Qeyd edək ki, 1878-ci ildə qurulan “Mançester Yunayted” İngiltərənin ən uğurlu klublarından hesab olunur. “Forbes” nəşri klubun dəyərinin 4,6 milyard ABŞ dolları olduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top