1994-cü ilin dekabrında Latviya ilə Rusiya arasında sərhədyanı ərazilərdə yaşayan vətəndaşların səyahətini asanlaşdırmaq, mədəni və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə imzalanmış qarşılıqlı səfər sazişi ləğv olunub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Latviya qeyd edib ki, müqavilədə nəzərdə tutulan sadələşdirilmiş viza proseduru artıq mümkün deyil. Ölkənin XİN-i həmçinin vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib.