23 min ton taxıl daşıyan gəmi Ukraynadan yola düşdü


BMT-nin 23 min ton taxıl daşıyan gəmisi bu gün Ukraynadan yola düşüb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülmüş humanitar ehtiyaclar üçün Ukrayna taxılının daşındığı ilk gəmi bu gün Ukraynadan yola düşdü. Bu, Ukrayna taxılının dünya bazarlarına qayıtması və çatdırılması üçün münaqişə zonasından çıxarılması səylərində daha bir mühüm addımdır. 23 min ton taxıl daşıyan gəmi Ümumdünya Ərzaq Proqramının Afrika Buynuzundakı komandasına təhvil veriləcək", - deyə BMT nümayəndəsi bildirib. 

 

DİGƏR XƏBƏRLƏR

Top