Azərbaycanın futbol yığması mükafatlandırıldı


Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan futbol üzrə Azərbaycan milli komandası mükafatlandırılıb.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektivə bürünc medallar təqdim olunub.
Finalda Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gələn Türkiyə yığmasına qızıl medalları gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu verib. Digər finalçı isə gümüş medallara layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi 3-cü yer uğrunda oyunda Əlcəzairi məğlub edib.

 

DİGƏR XƏBƏRLƏR

Top