İrəvandakı yanğın iki gündən sonra söndürüldü


İrəvanda ticarət mərkəzi ərazisində baş verən yanğın iki gündən sonra söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Surmalu” ticarət mərkəzinin ərazisində baş vermiş yanğın avqustun 16-da saat 17:49-da söndürülüb.
Qeyd edək ki, yanğın avqustun 14-də baş verib.
Xatırladaq ki, hadisə nəticəsində 17 nəfər ölüb.
 

DİGƏR XƏBƏRLƏR

Top