Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülük üzrə ilk qızıl medalı qazanıb.
Yeniavaz.com xəbər verir ki, idmançımız Ramil Vəlizadə bu qalibiyyəti əldə edib.
O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.
Xatıraladaq ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.