Braziliyanın baş məşqçisi: "Bizdə Azərbaycan kimi asan rəqiblər yoxdur"


Braziliya futbol millisinin baş məşqçisi Tite bir neçə ay əvvəl “PSJ” fransalı hücumçusu Kilian Mbappenin Cənubi Amerikada Dünya Çempionatının seçmə mərhələsinin Avropadakından daha asan olacağı və qitə futbolunun Avropa futbolu qədər “inkişaf etmədiyi” ilə bağlı açıqlamalarını şərh edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “ESPN”ə müsahibəsində danışıb.
Tite Mbappe ilə tamamilə razılaşmayaraq bildirib ki, Cənubi Amerika komandaları arasında duellər köhnə qitədəkindən qat-qat çətin və balanslıdır:
“Boliviyada, Uruqvayda oynamaq asan deyil. Amma təbii ki, Mbappe bundan xəbərsizdir. Üstəlik, bizdə asanlıqla xal ala biləcəyimiz Azərbaycan kimi rəqib yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top