“Azərbaycanfilm” kinostudiyasında şərti adı “ANAMA” olan sənədli filmin çəkiliş mərhələsi başa çatıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan film işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar minatəmizləyənlərin həyatından bəhs edir.
Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, təsvir rejissoru Nadir Mehdiyev, icraçı prodüseri Tofiq Musayev, prodüseri isə Nazim Hüseynovdur.