Sakinlər qazsız və internetsiz qaldı - Mingəçevirdə qəza


Mingəçevirdə yük maşını qəza törədib.
Yeniavaz.com
xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində baş verib.
Belə ki, İsmət Qayıbov küçəsi ilə hərəkətdə olan yük maşını kəsişmədə yolun digər hissəsinə uzanan qaz xəttini və rabitə xəttini qırıb.
Qəza nəticəsində ərazidə xeyli sayda abunəçi qazsız və internetsiz qalıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top