
Saat 10:05-də Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan metrosuna bomba qoyulması barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb.
Bildirilib ki, metropolitendə partlayıcı maddələrin axtarışı aparılır, bu səbəbdən metronun fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, ötən bazar - avqustun 14-də də eyni səbəbdən İrəvan metrosunun fəaliyyətində məhdudiyyətlər olub.