Ukrayna Krımda hərbi hissəni vurdu - Video


İlhaq olunmuş Krımın Cankoy rayonunun Qalay kəndində Rusiyaya məxsus hərbi hissə yanır.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov “Facebook” səhifəsində yazıb. O hərbi hissəni Ukrayna ordusunun vurduğunu iddia edib:
"Müvəqqəti olaraq işğal olunmuş Krımdan reportaj: Cankoy rayonunun Qalay (indiki Azov) kəndində hərbi hissəyə uğurlu zərbə endirilib. Bir saatdır ki, partlayış səsləri eşidilir".
O, əlavə edib ki, mərmilər silah-sursat anbarına düşüb.

DİGƏR XƏBƏRLƏR

Top