İrəvanda ölənlərin sayı 16-a çatdı - Yanğın davam edir + Fotolar


İki gün əvvəl – avqustun 14-də Ermənistanın paytaxtı İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən güclü partlayış və yanğın nəticəsində həlak olanların sayı kəskin artıb.
Yeniavaz.com
erməni mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 16 nəfər ölüb.
Qeyd olunub ki, “Surmalu”da xəsarət alanlardan 60 nəfər xəstəxanalara müraciət edib, onlardan 12 nəfərin müalicəsi davam edir, qalan 48 nəfərə isə müvafiq tibbi yardım göstərilərək evə buraxılıb.
Hazırda 18 vətəndaş axtarılır.
Hadisə 2 gün əvvəl baş versə də, ərazidə yanğın davam etməkdədir. 4 məntəqədə yanğınsöndürmə işlərinin aparıldığı bildirilir.




DİGƏR XƏBƏRLƏR

Top