Göyçayda dağlıq ərazidə itkin düşənlər tapıldı - Fotolar + Yenilənib


Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişi tapılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onları çıxarmağa çalışırlar.
Onlar şəhərin Şimalındakı dağlıq ərazidə itmiş qoyunlarını axtararkən qayadan dərəyə yıxılıblar.
Nəticədə 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova köməksiz vəziyyətdə qalıblar.
Onların xilas olunması üçün FHN-in “112” qaynar xətt mərkəzinə məlumat verilib.
Xilasedicilər gecə saatlarında çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən ediblər.
Hazırda qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.
Kamran Eminovun xəsarət aldığı bildirilir.



***00:01
Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

Avqustun 15-i axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.
Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.
Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top