
ABŞ Dövlət Departamenti İranla nüvə sazişinə qayıtmağın yolları barədə açıqlama yayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti bildirib ki, İranın nüvə sazişini bərpa etməyin yeganə yolu Tehranın öz hüdudlarını aşan qəbuledilməz tələblərdən imtina etməsidir.
Qeyd edək ki, artıq bir müddətdir ki, İranla nüvə razılaşmalarına qayıtmaq barədə danışıqlar gedir. İran tərəfi isə bu danışıqların uğurlu olduğunu və tərəflər arasında razılıq əldə olunacağını açıqlayıb.