
Keniyanın Müstəqil Seçki Komissiyası vitse-prezident Uilyam Rutonun prezident seçkilərində qalib gəldiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Seçki komissiyası qeyd edib ki, Ruto 50,49% səs toplayıb və birinci turda qalib gəlib. Onun əsas rəqibi, keçmiş baş nazir Raila Odinqa 48,85% səs toplayıb. Ruto artıq bu nəticəni qəbul etdiyini açıqlayıb. Seçki komissiyasının yeddi üzvündən dördü yekun sənədləri imzalamaqdan imtina edib.