
“Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla COVİD-19-a yoluxub.
Yeniavaz.com xəbər verir ki, Burla bu barədə “Twitter”də məlumat verib.
“Sizə bildirmək istərdim ki, koronavirus üçün testim müsbət çıxıb. Dörd doza “Pfizer-BioNTech” peyvəndi aldığıma görə şadam, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlar var. Özümü təcrid edirəm”, - deyə o yazıb.
Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri ABŞ-da 92 milyondan çox koronavirus infeksiyası və bir milyondan çox ölüm halı aşkar edilib
Tətbiqimizi yükləyə bilərsiniz