İdmançımız İslamiadada növbəti qızıl medalı qazandı


Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb. 

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən cüdoçu Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə ipponla qalib gəlib. 

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olaraq gümüş medalla kifayətlənib. Eyni çəkidəki Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə yenilib. 

DİGƏR XƏBƏRLƏR

Top