Əcnəbilərin Azərbaycan banklarındakı pulları kəskin artıb - Məbləğ


Bu ilin ilk yarısına olan məlumata görə xarici ölkə vətəndaşlarının Azərbaycan banklarındakı əmanətlərinin həcmi 802,7 milyon manat olub.
Yeniavaz.com
Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, əmanətlərin 216 milyon manatı milli valyutada (manat), 586,7 milyon manatı xarici valyutada yerləşdirilib.
Bu ilin əvvəlindən ötən dövr ərzində əcnəbilərin banklardakı əmanətlərinin həcmi 2,7 dəfə və ya 501,4 milyon manat artıb.
Məlumat üçün bildirək ki, əcnəbilərin Azərbaycan banklarında yerləşdirdikləri əmanətlərin həcmi ən yüksək həddə 2015-ci ildə çatıb. 2015-ci ildə əcnəbilərin banklardakı əmanətlərinin həcmi 1 milyard 233,1 milyon manat olub.

DİGƏR XƏBƏRLƏR

Top