İrəvandakı partlayışda itkin düşənlərin 6-sı İran, 1-i Rusiya vətəndaşıdır – Yenilənib + Video


İrəvanda “Surmalu” topdan satış bazarında partlayış zamanı itkin düşənlərin sayı 22 nəfərdir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Onların arasında altı İran və bir Rusiya Federasiyası vətəndaşı var.


***21:05

İrəvanda Sürmalu topdansatış bazarında baş verən partlayışda ölənlərin sayı 7-yə çatıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib. "Xilasedicilər indicə dağıntılar altından daha bir cəsədi çıxara biliblər. Hazırda yeddi ölü var", - deyə o qeyd edib.
Xatıradaq ki, İrəvandakı partlayışda 60-dan çox insan xəstəxanaya yerləşdirilib. 

***08:48
Dünən - avqustun 14-də Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” Ticarət Mərkəzində güclü partlayış nəticəsində baş verən yanğın hələ də söndürülməyib.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, bu gün səhər saatlarında Baş nazir Nikol Paşinyan da hadisə yerinə gəlib.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfərin öldüyünü açıqlayıb. Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub.
Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qeyd olunub ki, axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, dünən İrəvanda ticarət mərkəzində partlayış baş verib. İlkin məlumata görə, partlayış və yanğın nəticəsində 60-dan çox yaralı var.

DİGƏR XƏBƏRLƏR

Top