İrəvandakı partlayışda 20 nəfərdən xəbər yoxdur


Ermənistanın paytaxtındakı ticarət mərkəzində baş verən partlayışdan sonra 20 vətəndaş yaxınlarını tapa bilmədikləri barədə müraciət edib.
Yeniavaz.com
erməni mətbuatına istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Armen Pambuxçyan deyib.
“Aşağıda, dağıntılar altında olan vətəndaşlara zərər verməmək üçün işlərə bir az ehtiyatla yanaşırıq”, - deyə o bildirib.
Xatırladaq ki, bu gün İrəvandakı “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Hazırkı məlumatlara əsasən partlayış və davam edən yanğın nəticəsində 2 nəfər ölüb, 57 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top