Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyaya işgüzar səfərə gedib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, onun rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü planlaşdırılır.
Qeyd edək ki, Papikyanla Şoyqu arasında əvvəlki görüş fevralın 25-də Moskvada baş tutub. Sonra hərbi əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik, eləcə də Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və ordu islahatları prosesi müzakirə olunub.