İrəvanda 19 ünvanda bomba xəbərdarlığı - Metro, parlament binası...


İrəvan metrosunun bütün stansiyalarına bomba qoyulması barədə məlumat daxil olub.
Yeniavaz.com
erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə metropolitenin mətbuat katibi Tatevik Xaçatryan məlumat verib. O bildirib ki, dərhal sərnişinlərin və şəxsi heyətin təxliyyəsinə başlanılıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də paytaxtdakı bütün mühüm mülki və hərbi obyektlərin, o cümlədən parlament binasının və Müqəddəs Qriqori kilsəsinə bomba qoyulması barədə məlumat daxil olduğunu açıqlayıb.
"Hazırda əhalinin təhlükəsizliyi üçün təxliyyə aparılır", - nazirlikdən bildirilib.
Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzi isə 19 ünvanında partlayıcı qurğuların olması barədə məlumat aldıqlarını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top