Laçını tərk edən ermənilər evləri yandırırlar - Video


Laçın rayonunun Zabux kəndində yaşayan və kəndi tərk etməyə hazırlaşan erməni evini yandırıb.

Yeniavaz.com xəbər verir ki, hadisənin kadrları sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurması əks olunub.

O, öz əməlini kəndin Azərbaycanın nəzarətinə qayıtması ilə əsaslandırıb və evin türklərə qalmaması üçün belə etdiyini bildirib.

Qeyd edək ki, 44 günlük müharibə ərzində və sonrakı proseslər zamanı da ermənilər işğaldan azad olunan ərazilərdə çox sayda əmlaka ziyan vurub.

 

DİGƏR XƏBƏRLƏR

Top