İrəvandakı partlayışda ölənlərin sayı artdı - Yenilənib


İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb.
Yeniavaz.com
erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.
O, dağıntılar altından bir qadının meyitinin çıxarıldığını, bununla da hadisə nəticəsində ölənlərin sayının 3-ə çatdığını deyib.
Son məlumatlara əsasən, partlayışla əlaqədar xəsarət alanların sayı 61 nəfərdir.
 

***20:20
İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayış nəticəsində daha bir nəfər həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dağıntılar altından bir qadının meyiti çıxarılıb.
Nazirlikdən həmçinin xəsarət alanların sayının 57 nəfərə çatdığı qeyd olunub.

***15:50

“Surmalu” ticarət mərkəzində baş verən güclü partlayış nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan ilkin məlumatlara əsasən, 1 nəfərin öldüyünü, 20 nəfərin isə ağır yaralandığını açıqlayıb.
O, qeyd edib ki, ilkin məlumatlara görə, partlayıcı maddələr anbarında əvvəlcə yanğın, daha sonra isə partlayış baş verib. Nəticədə üçmərtəbəli anbar binası uçub. Hazırda hadisə yerində çoxlu sayda xilasedicilər işləyir.


***14:26

Ermənistanın paytaxtı İrəvanda yerləşən "Surmalu" ticarət mərkəzində partlayış baş verib, ölənlər var.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadın bildirir ki, bu barədə Ermənistanın Daxili İşlər və Rabitə Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top