Qüdsdə yenidən atəş səsləri eşidilib


Qüds şəhərindəki "Ağlama Divarı" yaxınlığında avtobus atəşə tutulub.
Yeniavaz.com
"Times of Israel"ə istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər ağır yaralanıb.
Hücum edən şəxsin qaçdığı bildirilir.
Qeyd edək ki, avqustun 5-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “İslami Cihad”a qarşı “Sübh” əməliyyatına başlayıb. Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs Bakı vaxtı ilə saat 00:30-da qüvvəyə minib. Bundan əvvəl İsrail Qəzza zolağında Misirin təklif etdiyi atəşkəsə razılaşmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top