"TikTok-da atılan jetonlardan tutulan komissiya 50%-dir. Yəni siz bir müğənni, bloqer yaxud rəqəmsal pul yığına 20 dollar göndərirsinizsə, 10 dolları gedir Çinə. Hər axşam Azərbaycanda minlərlə dollar TikTok ödənişləri olur. Təəssüf ki, TikTok Azərbaycan üçün nə qədər qazandığını açıqlamır".
Yeniavaz.com xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas bildirib.
"İşin maraqlı tərəfi odur ki, TikTok Azərbaycan dövlətinə vergi də ödəmir. Vergini öz vətəndaşlarımız 18% ƏDV olmaqla ödəyir. Yəni TikTok-da bir adama jeton göndərən istifadəçi həm 50% TikTok-a komissiya, həm də 18% Azərbaycan dövlətinə vergi ödəyir.

Bizdən fərqli olaraq isə Türkiyə TikTok-u vergiləndirməyə məcbur edib. TikTok Türkiyə ofisi Türkiyə hökümətinə 2021-ci ildə qazandığı 1.2 milyard lirəyə görə 92.9 milyon lirə rəqəmsal xidmət vergisi verib.
10 milyonluq kiçik bazar olduğumuz üçün nə TikTok, nə "Facebook", nə "Google" bizdə ofis açmır və dövlətlə hesablaşmır. Yalnız "Microsoft" ofisi fəaliyyət göstərir. Onlar da dövlət qurumlarına lisenziya satmaqla yalnız buradan pul daşımaqla məşğuldurlar. Ermənistanda innovasiya mərkəzi olan "Microsoft" Azərbaycandan pullar aparmasına baxmayaraq, bir dənə mərkəz açıb bizə fayda vermir", - F. Pərdəşünas qeyd edib.