Azərbaycan İslamiadada 11-ci qızıl medalı qazandı - Yenilənib

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

Yeniavaz.com xəbər verir ki, bədii gimnastiklərin fərdi çıxışından sonra ölkə yekun sıralamada birinci olub.

Azərbaycan 252.300 xalla bütün iştirakçı komandaları qabaqlayıb.

Bu, ölkənin İslamiadada 11-ci qızıl medalıdır.


***19:17
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, Jalə Əliyeva (57 kq) finalda Ester Kolavoleyə (Nigeriya) 14:6 hesabı ilə qalib gələrək qızıl medalı əldə edib.

Bu, güləşçilərimizin 7-ci, ümumilikdə Azərbaycanın 10-cu qızıl medalıdır. 

DİGƏR XƏBƏRLƏR

Top