Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin edilməsi ilə bağlı müsahibə başa çatıb.
Qurumdan Yeniavaz.com-a verilən xəbərə görə, 24 may 2022-ci il tarixində elan edilmiş müsahibəyə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb. 02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə 251 nəfər iştirak edib. Onlardan 133 nəfər müsahibədən uğurla keçib, 118 nəfər isə müsahibədən keçid balını toplaya bilməyib. 19 nəfər müxtəlif səbəblərdən müsahibədə iştirak etməyib.