"Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış başlayacaq" - Video


Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi mühharibə cinayətinin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Yeniavaz.com-a bildiriblər ki, Laçın rayonunun Zabux kənd sakini Əliyev Allahverdi Əşrəf oğlu doğma yurdlarının işğaldan azad olunmasına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

O qeyd edib ki, Zabuxa qayıtdıqdan sonra qurub-yaradacaq, əvvəlkindən də yaxşı yaşayacaqlar.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda onlar bununla bağlı fikir və duyğularını bölüşür, tarixən Azərbaycana məxsus olan həmin torpaqlarda əvvəllər ermənilərin yaşamadıqlarını bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top