Bunları etmək gözlərimiz üçün faydalıdır


İnsan orqanizminin ən vacib orqanlarından biri də gözlərdir. Müxtəlif göz xəstəlikləri olduğu kimi həm də faydalı müalicə üsulları var. 

Yeniavaz.com həkim-fitoterapevt Fizuli Hüseynovun gözlər üçün faydalı məsləhətlərini təqdim edir:
- 4-5 tel zəfəran götürüb, 1 xörək qaşığı suda dəmləyib, gündə beş-altı dəfə gözə tökmək gözü işıqlandırır.
- Zəfəranın 1 qramını 4 hissəyə bölüb, 1 hissəni götürüb, üstünə axşam 1 stəkan isti (qaynar yox) su töküb, səhər ac qarına için, qalan zəfəranların üstünə yenə 1 stəkan isti su töküb axşam yatmazdan 1 saat əvvəl için, zəfəranları da yeyərsiniz. Belə etmək gözləri işıqlandırır.
- Göz ətrafına gündə 2 dəfə səhər və axşam qarazirə yağı çəkmək gözləri işıqlandırır.
- Balıq, balıq kürüsü, balıq yağı istehlak etmək gözləri işıqlandırır
- Okean məhsullarının hamısı gözləri işıqlandırır.
- Axşam gözə ismid sürməsi çəkib yatmaq gözləri işıqlandırır.
- Kök və balqabaq yemək və ya şirələrini çəkib içmək gözləri işıqlandırır.
- 300 qram qaragilə meyvəsi götürüb üyüdün, 1 kq bal ilə qarışdırın gündə üç dəfə yeməkdən əvvəl bir dolu çay qaşığı yemək gözləri işıqlandırır.
- Başdan hicama etdirmək gözləri işıqlandırır
- Göz ətrafından həftədə 6 ədəd cəmi 42 ədəd zəli qoydurmaq gözləri işıqlandırır.
- Sonda onu vurğulayım ki, bütün bunları edən zaman göz məşqləri etməyi unutmayın. Gündə 2 dəfə hər dəfə də 15 dəqiqə yaxına (gözdən 5 sm aralı) və uzağa (ən azı 1 km) baxın.

DİGƏR XƏBƏRLƏR

Top