Bakıda bu yaşayış binası sökülür - Fotolar


Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.
Yeniavaz.com
Trend-ə istinadən xəbər verir ki, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.
Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.
Qeyd edək, həmin ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina söküləcəyi gözlənilir.






DİGƏR XƏBƏRLƏR

Top