Maliyyə piramidasının rəhbəri milyonları götürüb Bakıya qaçdı


Özbəkistanın paytaxtı Daşkənddə vətəndaşlara ev və avtomobillər verəcəyini vəd edən “Rayyona Qutlug” şirkətinin maliyyə piramidası dağılıb.

Yeniavaz.com özbək mediasına istinadən xəbər verir ki, şirkətin əməllərindən 300-ə yaxın əmanətçi zərər çəkib.

Məlumata görə, avqustun 4-də maliyyə piramidasının yaradıcılarından biri şirkətin hesabından külli miqdarda pulu çıxarıb və Bakıya qaçıb.

Zərərçəkmişlər bildirir ki, avtomobil üçün ilkin olaraq 4-5 min dollar, ev üçün isə 15-17 min dollar pul köçürüblər.

Şirkətin indiki rəhbəri Erkin Eqamberdiyevin vəkili Farxod Miraxmedovun sözlərinə görə, avqustun 4-də şirkət rəhbərlərindən biri Zafar Qulyamov Eqamberdiyevi tərəfdaşlarla görüş bəhanəsi ilə Moskvaya göndərib, özü isə pulu şirkət əməkdaşlarının bank kartına köçürərək mənimsəyib və ölkə xaricinə gedib.

“İlkin araşdırma zamanı biz müəyyən etdik ki, şirkətin ümumi dövriyyəsi 17 milyard sum (1,5 milyon dollar) təşkil edib. Sonuncu dəfə 40 milyon sum məbləğində (3,6 min dollar) pulun çıxarılması cəhdi avqustun 8-də olub. Hazırda Eqamberdiyevin bank hesabları bloklanıb”, - vəkil deyib.

DİGƏR XƏBƏRLƏR

Top