![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/6/23/1/0b71c992-c71c-42b4-a084-8527cd962bff/sehiyye-nazirliyi-bina.jpg)
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi "Albatros Heltkeyr" MMC olub.
Yeniavaz.com xəbər verir ki, Mərkəz müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması xidmətinə görə MMC-yə 6 milyon 134 min 126 manat 68 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 10 min ABŞ dolları nizamnamə kapitalı olan "Albatros Heltkeyr" MMC-nin qanuni təmsilçisi Ağalarov Anar Fazil oğludur. Şirkət 8 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, 12 avqust tarixinə olan məlumata görə, "Albatros Heltkeyr" MMC-nin dövlət büdcəsinə 28 min 486 manat 97 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/8/13/1/14f74f7b-e116-4e24-b88a-07bafe2911e3/vergi-borcu.jpg)
Elnur Əli