41 dərəcədən yuxarı istidə işçi çalışdıran yerləri hansı cəza gözləyir? - Video


Bakıda və Abşeron yarımadasında  havanın maksimal temperaturunun 39 dərəcə, rayonlarda isə 42 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır. Bəs havanın temperaturu neçə olanda iş prosesi dayandırılmalıdır? Qaydaları pozan şirkətləri hansı cəza gözləyir?

Yeniavaz.com xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. Hüquqşünas Şamil Paşayev bildirib ki, havanın temperaturu yüksək olduqda iş prosesi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı və onlara fasilələr verilməlidir.

Məlumat üçün bildirək ki, işçinin 41 dərəcədən yuxarı hava temperaturunda işlədilməsinə görə 500-1000 manat arası cərimə nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top