FTB Trampın evində Fransa Prezidenti ilə bağlı gizli sənəd tapdı


ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri keçmiş prezident Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsində axtarış zamanı 11 dəst məxfi sənəd ələ keçirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, mülkdən sənədlər, fotoşəkillər və qeydlər olan 20-yə yaxın qutu çıxarılıb. Müsadirə edilən sənədlər arasında Trampın keçmiş müşaviri Rocer Stounun əfv fərmanı, həmçinin Fransa Prezidenti ilə bağlı bəzi məlumatlar var. Ümumilikdə 11 dəst məxfi sənədlər müsadirə edilib ki, onların arasında tam məxfi kimi təsnif edilən materiallar da var. Nəşrin yazdığına görə, həmin sənədlər yalnız xüsusi dövlət müəssisələrində saxlanıla bilər. 

 

DİGƏR XƏBƏRLƏR

Top