Baydenin Çin Prezidenti ilə görüşü planlaşdırılır


Noyabrda keçiriləcək G20 və ya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ABŞ Prezidenti Cozef Baydenin görüşü baş tuta bilər
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, Çin liderinin xaricə səfərinin bu hissəsinin planlaşdırılması ilkin mərhələdədir və əlavə düzəlişlər edilə bilər.
Nəşr qeyd edir ki, bu planlar təsdiqlənərsə, Si Cinpin təxminən üç ildə ilk xarici səfərini edəcək və 2021-ci ilin yanvarında ABŞ liderinin andiçmə mərasimindən sonra ilk dəfə Baydenlə görüşəcək.

 

DİGƏR XƏBƏRLƏR

Top