Mingəçevirin icra başçısı növbəti səyyar görüşünü keçirdi - Foto


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu gün sakinlərlə növbəti səyyar görüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, səyyar görüş şəhərin V.Abdullayev 7, 8 ünvanında yerləşən binanın sakinləri ilə olub. Başçı əvvəlcə şəhərdə görülən işlərlə bağlı məlumat verərək sakinlərə bildirib ki, bu görüşlər bir başa ölkə Prezidentinin tapşırığına əsasən keçirilir və məqsəd sizlərin problemlərini dinləmək, qaldırılan problemlərin həllinə köməklik göstərməkdən ibarətdir. Başçı əvvəlcə ölkəmizin mühüm naliyyətlərə imza atdığını bir daha nəzərə çatdırıb. Daha sonra şəhərdə görülən işləri sakinlərin diqqətinə çatdırıb. Bildirib ki, Mingəçevirdə son illər iri infrasruktur layihələr həyəta keçirilib, içməli su xətti yenidən çəkildi, mingəçevirliləri daha çox narahat edən kanalizasiya xəttinin çəklişi davam etdirilir və bu işlər 50%-ə yaxınlaşıb işlər hal-hazırda şəhərin N.Nərimanov, A.Məmmədov, Təbriz küçələrində işlər gedir, qaz təminatı şəhərdə 98-97 % yerinə yetirilib, elektirik enerjisi ilə 100% təminat var, yollar asfaltlanır, məhəllələr abadlaşır, istirahət guşələri qurulur, yaşıllığın qorunması üçün texniki su xətləri çəkilir. Sakinlər isə növbə ilə onları narahat edən problemləri dilə gətiriblər. Sakinlərin bir qismi şəhərin yaşıllaşmasında, təmizliyində, şəhərdə aparılan quruculuq-abadlıq işlərinə görə minnətdarlıq bildiriblər.
Sonda icra başçısı sakinlərə söz bildirib ki, şəhərin hər bir ucqar nöqtəsi mərhələ-mərhələ abadlaşacaq və bu işlər davam etdiriləcək.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top